Əlilliyi olan şəxslər sanatoriya-kurort müalicəsi ilə necə təmin olunur?
Noyabr 6, 2025 15:50
| Baxış sayı 3409
- Əlilliyi olan şəxslər TSEK tərəfindən tərtib edilmiş Fərdi Reabilitasiya Proqramında nəzərdə tutulduğu halda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən ölkə hüdudları daxilində müalicə üçün sanatoriya-kurort putyovkası (yollayışı) ilə pulsuz təmin olunurlar.
- sanatoriya-kurort putyovkası (yollayışı) ildə bir dəfədən çox olmamaqla növbəlilik qaydasında verilir.
- sanatoriya-kurort putyovkasının (yollayışının) verilməsi barədə Fərdi Reabilitasiya Proqramında göstəriş müəyyən edildikdən sonra əlilliyi olan şəxs 1 iş günü müddətində növbəyə götürülür.
- növbəyə götürülmüş əlilliyi olan şəxsin, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə onların qanuni nümayəndələrinin əlaqə vasitələrindən birinə 2 gün ərzində qısa məlumat göndərilir, eləcə də onun Nazirliyin “e-sosial” internet portalındakı şəxsi kabinetində ətraflı məlumat əks olunur
- əlilliyi olan şəxslər sanatoriya-kurort müəssisəsinə qəbul olunma tarixindən ən gec 7 gün əvvəl sanatoriya-kurort putyovkası (yollayışı) ilə təmin edilirlər.
- I dərəcə (orqanizmin funksiyalarının 81-100% pozulması ilə əlaqədar) əlilliyi olan şəxsin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağın müşayətçiyə ehtiyacı olarsa, Fərdi Reabilitasiya Proqramının tibbi reabilitasiya bölməsində bu barədə qeyd aparılır. I dərəcə (orqanizmin funksiyalarının 81-100% pozulması ilə əlaqədar) əlilliyi olan şəxsləri və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqları müşayət edən şəxslər sanatoriya-kurort putyovkası (yollayışı) ilə həmin əlilliyi olan şəxslərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların sanatoriya kurort putyovkası (yollayışları) ilə təmin olunduqları təşkilat tərəfindən təmin olunurlar.
Göstərilən platformalarda paylaş: