- yetkinlik yaşına çatmış;
- hər iki cinsdən olan;
- evli və ya subay;
- ən azı ümumi orta təhsilli;
- uşaqların öz qohumlarına himayədar ailəyə verilməsi halı istisna olmaqla ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (himayədar ailəyə veriləcək uşaqlar istisna olmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən az olmayan;
- yaşayış sahəsinin adambaşına düşən ümumi sahəsi qanunla müəyyən edilmiş yaşayış sahəsinin ayrılma normasından az olmayan;
- qanunvericiliklə müəyyən edilmiş ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkumluğu olmayan;
- “Övladlığa götürməyə, himayədar ailə olmağa, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-cil 15 avqust tarixli 141 nömrəli Qərarı ilə müəyyən edilmiş xəstəliklərdən hər hansısa biri olmayan;
- Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan vətəndaşları.
Qeyd 1. Nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.
Qeyd 2. Himayədar valideyn olmaq istəyən nikahda olmayan şəxslə (şəxslərlə) himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır.