Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu Nazirlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
- himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibənin aparılması və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsi;
- himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) 30 gündən çox olmayan müddətə təlimlərə cəlb edilməsi;
- himayədar valideyn olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi.