Himayədar ailələrə verilən uşaqların, habelə himayədar valideyn olmaq istəyən şəxslərin vahid uçotunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) və digər aidiyyəti qurumların informasiya sistemlərindən və ehtiyatlarından istifadə etməklə elektron qaydada aparır:
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi;
- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;
- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
- Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;
- Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi;
- kredit büroları.