Həvəsləndirmə və biznes mükafatları üzrə müraciətləri Məşğulluğa Dəstək Layihəsinin benefisiarları olmuş və bir ildən çox müddətdir biznesi olan fərdi sahibkarlar edə bilər.
Dəstək aşağıdakı sahibkarları əhatə edəcək:
- Qeydiyyata alınmış vergi ödəyicisi,
- Özünüməşğulluq proqramı çərçivəsində birinci ilin biznes planını uğurla tamamlamış,
- Son 12 ay ərzində bütün hüquqi və vergi tələblərinə tam şəkildə riayət etmiş və cəriməsi olmayan,
- Fəaliyyətdə olan biznesi inkişaf etdirməsi üçün əlavə avadanlıqlara ehtiyac duyan,
- Biznesin inkişafı üçün biznes planı təmin edə biləcək,
- Məşğulluğa Dəstək Layihəsi çərçivəsində istehsal və xidmət sahələri üzrə əmlakla təmin olunmuş benefisiarlar.