İştirak mərhələləri
Noyabr 5, 2025 14:55
| Baxış sayı 137
- Proqramda iştirakla bağlı Dövlət Məşğulluq Agentliyi tərəfindən elan verilir. Məlumatın 1-ci bəndində qeyd edilən meyarlara cavab verən sahibkarlar iştirak edə bilərlər.
- Elan üzrə müraciət edən sahibkarların məlumatları təhlil edilir.
- Təhlil əsasında 1-ci bənddə qeyd edilən meyarlara cavab verən sahibkarlara biznes planlar təqdim edilir. Biznes planda sahibkarın keçən dövr ərzində fəaliyyəti, gələcək biznes barədə məlumatlar və gələcək biznes üçün ehtiyac olunan məhsulların təchizatçıları və bazar qiyməti barədə məlumatlar əks olunmalıdır.
- Təqdim edilən biznes planlar Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilir və sahibkar hazırladığı biznes planı müdafiə etməlidir.
- Müdafiəni uğurla bitirmiş sahibkarlara biznes planda əks olunan avadanlıqlar təqdim edilir.
Göstərilən platformalarda paylaş: