- Məşğulluq mərkəzinin göndərişi əsasında münasib işlə təmin olunduqda;
- Vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
- Təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
- İşaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə.
Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya yalnış məlumatlar olduğu üçün işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.