Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:
dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə;
işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
əmək müqaviləsinin müddəti qurtardıqda;
müəssisənin mülkiyyətçisi dəyişdikdə;
əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
əvvəllər həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.