Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər:
- Müəssisə ləğv edildikdə;
- İşçilərin sayı və ya ştatları ixtisar edildikdə;
- Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
- İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu əmək vəzifələrini kobud şəkildə pozduqda;
- Sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.