Əlillik müddətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları ilə müəyyən olunur.
Aşağıdakı hallarda və göstərilən şərtlər daxilində isə əlillik müddətsiz olaraq müəyyən edilir:
|
№ |
Əsas verən hal |
|
|
1 |
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə |
|
|
2 |
Şəxs “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatdıqda |
|
|
3 |
Müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması fazi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək müəyyən edilmiş əlillik dərəcəsi olduqda aşağıdakı müddətlər nəzərə alınmaqla: |
|
|
3.1. |
Orqanizmin funksiyasının pozulma faizi: 31-60% (o cümlədən III dərəcə və SİMU müddəti) |
Ardıcıl davam edən 15 il |
|
3.2. |
Orqanizmin funksiyasının pozulma faizi: 61-80% (o cümlədən II dərəcə və SİMU müddəti) |
Ardıcıl davam edən 10 il |
|
3.3. |
Orqanizmin funksiyasının pozulma faizi: 81-100% (o cümlədən I dərəcə və SİMU müddəti) |
Ardıcıl davam edən 4 il |
|
3.4. |
Fərqli faiz aralığı və ya dərəcə üzrə (o cümlədən SİMU müddəti) |
Ardıcıl davam edən 15 il |
Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.