Təşkilat tərəfindən ağlabatan uyğunlaşdırılmaya dair müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində aşağıdakı qərarlardan biri qəbul olunur və müraciət edən şəxsə (təşkilata) bu barədə məlumat verilir:
- Ağlabatan uyğunlaşdırılmanın aparılmasına dair qərar;
- Səbəbləri göstərilməklə, ağlabatan uyğunlaşdırılmanın aparılmasından imtinaya dair qərar (bu halda ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciət olunan məsələlərin zərurətdən artıq və ya əsaslandırılmamış olması iddiası Təşkliat tərəfindən əsaslandırılmalıdır).