Uyğunlaşdırılmanın zəruriliyi və mümkünlüyü Təşkilat tərəfindən aşağıdakı göstəricilər əsasında qiymətləndirilir:
- Ağlabatan uyğunlaşdırılma üzrə xərclərin Təşkilatın maliyyə imkanlarına mütənasibliyi;
- Obyektdə mövcud olan uyğunlaşdırılma vasitələrinə daha yüksək tələblərin irəli sürülməsi.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda işlədiyi zaman istehsalatda bədbəxt hadisələr nəticəsində və ya peşə xəstəliyi səbəbi ilə əlilliyi müəyyən edilmiş şəxslər həmin müəssisə, idarə və təşkilatlarda işləməkdə davam etdikdə, onların ağlabatan uyğunlaşdırılma ilə bağlı müraciətinin yuxarıda qeyd olunan şərtlərə əsaslanmaqla təmin olunmasından işəgötürən tərəfindən imtina edilməsinə yol verilmir.