Ağlabatan uyğunlaşdırılması aşağıdakı şəxslərin (təşkilatların) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlara (bundan sonra – Təşkilat) müraciəti əsasında aparılır:
- Əlilliyi olan şəxsin (şəxslərin) və ya onun (onların) qanuni nümayəndəsinin;
- “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaradılmış əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarının.