ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşları

Sığortaolunan – barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin əməkdaşları.

Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin rəhbəri on bir min manat, digər diplomatik xidmət əməkdaşları altı min altı yüz manat, inzibati-texniki xidmət əməkdaşları isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər.

Sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir və sığorta ödənişləri sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir:

-           həlak olması (vəfat etməsi) – 100%;

-           orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 80%;

-           orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 60%;

-           orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 40%;

-           əlillik müəyyən edilmədən ağır xəsarət alması – 20%;

-           az ağır xəsarət alması – 15%;

-           yüngül xəsarət alması – 10%;