1979-cu ildə anadan olub.
1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib.
2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.
2003-2004-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və hazırda ehtiyatda olan baş leytenantdır.
2005-ci ilin may-iyul aylarında C.Marşal Avropa Elmləri Mərkəzində (Almaniya) Ali Təhlükəsizlik Elmləri üzrə Liderlər Proqramında təhsil alıb, 2006-cı ilin yanvar-avqust aylarında NATO Müdafiə Kollecində ali kursu bitirib.
2012-ci ildə Harvard Universitetini (ABŞ) dövlət idarəetməsi üzrə magistr dərəcəsi ilə bitirib, eləcə də dövlət siyasəti və idarəetməsi üzrə Meyson Proqramının Diplomunu alıb.
2017-2018-ci illərdə Bakı Ali Neft Məktəbinin ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə təşkil etdiyi proqramda iştirak edərək Layihə Menecmenti üzrə Master Sertifikatı alıb. Eyni zamanda, 2018-ci ilin yanvar ayında ABŞ-ın Layihə Menecmenti İnstitutunun “Project Management Professional” beynəlxalq sertifikasiyasından keçib.
1998-1999-cu illərdə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, 2003-2004-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 2005-2008-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsində referent, 2008-2009-cu illərdə NATO-nun Müdafiə siyasəti və planlaşdırma idarəsinin beynəlxalq katibliyində tərəfdaşlıq zabiti, 2009-2011-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində ikinci katib, 2011-ci ilin mart-iyun aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinin ikinci katibi, 2012-ci ilin iyun ayından 2014-cü il fevral ayınadək Azərbaycan Respublikası Vergilər Nazirliyininin Beynəlxalq münasibətlər idarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 280 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının üzvü təyin edilmişdir.
İngilis, fransız, rus və ispan dillərini bilir.
Evlidir, 3 övladı var.