“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin nəticəsi

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə sosial xidmətlər sahəsində icra edilən layihələrin müstəqil monitorinqi və qiymətləndirilməsi” adlı müsabiqənin qalibləri Əlil Təşkilatlar İttifaqı və “Konstitusiya Araşdırmalar Fondu”, “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi” adlı müsabiqənin qalibi “Sosial Hüquqların Araşdırılması” İB, “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənət növlərinin öyrənilməsinə yardım göstərilməsi” adlı müsabiqənin qalibləri “Ümman” Əlil Uşaqlara Qayğı İB və “Ailə” Sosial Araşdırmalar İB elan edilmişdir.