Uçot siyasəti və təminat şöbəsi


Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının struktur bölməsi olan Uçot siyasəti və təminat şöbəsi (bundan sonra - şöbə) uçot, satınalma və təminat sahəsində (bundan sonra - müvafiq sahədə) təşkilati tədbirləri həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  haqqında Əsasnaməni, Nazirliyin  Kollegiya qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin  strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları və qeyri hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.