Font ölçüsü


Arxa fon rəngi


Şəkilləri gizlət


Mətnlər arası məsafə




Sosial təminat siyasəti şöbəsi

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparatının struktur bölməsi olan Sosial təminat siyasəti şöbəsi Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində aztəminatlı ailələrə dövlət sosial yardımı, sosial müavinət, müxtəlif növ Prezident təqaüdləri, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzində aylıq müavinət, çətin həyat şəraitində yaşayan şəxslərə (ailələrə) dövlət sosial xidməti və başqa növ sosial təminat məsələləri ilə bağlı siyasəti həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununu və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında Əsasnamə"ni və digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını və Əsasnaməni rəhbər tutur.