Protokol sektoru

  1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur vahidi olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektoru (bundan sonra - sektor) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra - nazir) iştirakı ilə keçirilən görüşlərin, qəbulların, tədbirlərin və səfərlərin təşkilinin təmin edilməsi, habelə protokol xidməti sahəsində (bundan sonra - müvafiq sahədə) təşkilati işləri görür və müvafiq sahə üzrə nazirin sektora göstərişlərinin icrası ilə əlaqədar bu Əsasnamə ilə müəyyən edilmiş zəruri tədbirləri həyata keçirir, müvafiq sahədə fəaliyyətin effektivliyinə və qanunvericiliyə uyğun icrasına cavabdehdir və buna görə məsuliyyət daşıyır.
  2.  
  3. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 iyul tarixli 97 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Protokolunun Əsas Qaydaları”nı, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Nazirliyin Kollegiya qərarlarını Əmək və Əhalinin Sosial Müdafiəsi  nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
  4.  
  5. Sektor öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin digər struktur vahidləri və ya bölmələri eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.