İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının struktur bölməsi olan İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (bundan sonra - şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində  Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş tapşırıqların icrası ilə bağlı nazirliyin əmr və qərarları ilə təsdiq edilmiş tədbirlər planlarının və digər tapşırıqların, mövcud qanunvericiliyə əsasən Nazirliyə həvalə olunmuş vəzifə, funksiya və səlahiyyətlərin bilavasitə icrası, mövcud sahədə fəaliyyətin açıq hökümət prinsiplərinə uyğunlaşdırılması, Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın genişləndirilməsi, kommunikasiyanın qurulması və idarə edilməsi, Nazirliyin ictimaiyyətlə əlaqələr strategiyasının (bundan sonra – PR strategiyası) və siyasətinin qurulması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında", "Məlumat azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya əldə etmək haqqında", “İctimai İştirakçılıq haqqında” Qanunlarını və digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını , Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin strukturları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, publik hüquqi şəxslər, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri (bundan sonra- KİV) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.