Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əlillik qüsur deyil” devizi altında videoçarxlar təqdim etməkdə davam edir. Videoçarxlarda fiziki məhdudiyyətli olsalar da daim özlərinə inam hissi ilə yaşayan, istedad və qabiliyyətləri ilə seçilən və bu bacarıqlarını daim inkişaf etdirməyə, təkmilləşdirməyə çalışan, ictimai-mədəni həyatda artıq özlərini təsdiq edən əlilliyi olan şəxslərlə tanış olmaq mümkündür.
Həmin şəxslərdən biri də İkram Rəhimovdur. Uşaqlıqdan futbola böyük həvəsi olub. Fiziki məhdudiyyətli olması onun sevdiyi idman növü ilə məşğul olmasına mane ola bilməyib. Hazırda “Qarabağ qaziləri” futbol klubunda qapıçı olaraq fəaliyyət göstərən İkram Rəhimov təmsil olunduğu futbol klubu ilə birlikdə ölkələrarası turnirlərdə də iştirak edərək uğur qazanıb. İkram Rəhimovun uğur hekayəsini təqdim edirik: https://www.youtube.com/watch?v=AIUklKHnK5c