Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin işçilərinə nəqliyyat xərcləri üçün aylıq pul kompensasiyasının məbləği 20 manat müəyyən edilsin.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsi ilə bağlı tələb olunan vəsaitlərin ödənilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin saxlanılması üçün nəzərdə tutulan xərclər dairəsində müvafiq qaydada həyata keçirilir.[1]

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 19 aprel 2016-cı il

                 № 164