Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət üzvləri, qeyri-hökumət təşkilatları, millət vəkilləri, sosial tərəfdaşlar, ayrı-ayrı beynəlxalq qurumlar və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.