İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400,0 manat, xərcləri 83 451 400,0 manat məbləğində təsdiq edilir.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2019-cu ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

83 421 400,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

13 060 700,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

13 060 700,0

1.3.

qeyri-büdcə sektoru üzrə

57 300 000,0

2.

Sair gəlirlər

30 000,0

 

Maddə 3. Xərclər

Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

 

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

1.

İşsizliyə görə sığorta ödənişləri

11 000 000,0

2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

1 800 000,0

3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

1 300 000,0

4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

150 000,0

5.

Haqqı ödənilən ictimai işlərin təşkili

1 900 000,0

6.

Özünüməşğulluq tədbirlərinin təşkili

42 041 400,0

7.

Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi

5 000 000,0

8.

Peşə standartlarının hazırlanması

1 000 000,0

9.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

19 260 000,0

 

Maddə 4. Qalıqlardan istifadə

İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Maddə 5. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 noyabr 2018-ci il

                № 1351-VQ