Cari ildən Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılmasına başlanılıb.

Pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq, bu ildən Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılmasına başlanılıb. Pensiya hüququ yaranmış şəxslərə onların hər hansı bir quruma müraciət etmədən elektron qaydada pensiya təyinatı həyata keçirilir və bu barədə onlara sms vasitəsilə məlumat göndərilir. Cari ilin əvvəlindən pensiya hüququ yaranan artıq 560 şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onu da qeyd edək ki, pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilər üçün 64, qadınlar üçün 61 yaşdır. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş olduğunu nəzər alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il (o cümlədən kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il) təşkil edir.