2019-cu ildə Prezidentin yeni aylıq təqaüdü növləri təsis edilib. Belə ki, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib. Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.