Peşəyönümü məsləhət xidməti göstərən əməkdaşlar üçün təlim keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin peşəyönümü məsləhət xidməti göstərən əməkdaşları üçün təlim keçirilib.

Təlimdə Bakı şəhərinin ümumtəhsil məktəblərində peşəyönümü məsləhət xidməti göstərən 25 əməkdaş iştirak edib.

Onlara peşəyönümü üzrə mütəxəssis, peşəyönümü üzrə praktik fəaliyyətin həyata keçirilməsi, məsləhət xidmətinin göstərilməsi, peşələrin təqdimatı, peşə maraqlarının diaqnostikası kimi mövzular tədris edilib.

Təlimlərin keçirilməsində məqsəd  peşəyönümü məsləhət xidmətinin keyfiyyətinin artırılması və bu sahədə fəaliyyətin təkmilləşdirilməsidir.