Azərbaycanda aparılan güclü sosial siyasətin və sosialyönümlü büdcənin daha bir təzahürü əhaliyə sosial ödənişlərdə əyani təsdiqini tapır. Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə sosial müdafiə proqramlarının icrası olaraq əhaliyə hər gün orta hesabla 16 milyon manat ödəniş həyata keçirilir.