Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəşr etdirdiyi “Əlillik qüsur deyil” kitab-albomu haqqında ətraflı məqalə dərc edilib

Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəşr etdirdiyi “Əlillik qüsur deyil” kitab-albomu haqqında ətraflı məqalə dərc edilib. 278 səhifəlik nəşrdə sosial xidmət müəssisələrinin əlilliyi olan istedadlı sakinləri, onların yaradıcılıq nümunələri barədə məlumatlar toplanıb. “Həyata sevginin və inamın gücü” adlanan məqalədə Azərbaycan və ingilis dillərində nəfis şəkildə nəşr olunan kitab-albomun əlilliyi olan şəxslərin yaradıcılıq potensiallarının cəmiyyətə tanıdılması baxımından önəmi vurğulanır. “Nəşrdə təqdim olunan məlumatlar əlilliyin heç də qüsur, mənsub olduğun cəmiyyətin sıralarında uğurla addımlamaq üçün maneə olmadığı fikrini aşılayır” deyə məqalədə qeyd olunur.