Dövlət Məşğulluq Xidməti növbəti “Karyera sərgisi”ndə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  “ASAN Konüllülük” məktəbinin “ASAN kadr” Karyera mərkəzi və Baki Ali Neft Məktəbinin tələbə və məzunlar üçün birgə təşkil etdiyi 2-ci “Karyera sərgisi”ndə iştirak edib.

Sərgi tələbə və məzunların əmək bazarına çıxış və karyera imkanlarının artırılmasına, gənclərin, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması məqsədi daşıyıb.

Ümumilikdə 80  iri müəssisənin iştirak etdiyi tədbirdə tələbə və məzunlara məşğulluq, iş, təcrübə imkanları təklif edilib. Əmək bazarında mövcud vəziyyət barədə tələbə və məzunlar məlumatlanıblar. İşəgötürənlərin nümayəndələri onlardan CV qəbul ediblər.

    Dövlət Məşğulluq Xidmətinin nümayəndələri tərəfindən tələbə və məzunlara məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri, həmçinin özünüməşğulluq proqramı, peşə hazırlığı və əlavə təhsil kursları barədə məlumatlar verilib.