“Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2019-cu il tarixli 71 nömrəli Qərarı

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 9, maddə 755; 2005, № 12, maddə 1224; 2007, № 2,  maddələr 180, 186; 2008, № 2, maddə 120, № 7, maddə 688; 2013, № 12, maddə 1631; 2018, № 2, maddə 344, № 3, maddə 609) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

Sıra

№-si

 

Aylıq vəzifə

maaşının məbləği (manatla)

1.

Ali kateqoriya dövlət

orqanlarında

220

2.

1-ci kateqoriya dövlət

orqanlarında

210

3.

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında

200

4.

4-cü və 5-ci kateqoriya dövlət

orqanlarında

180

 

  1. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri                                   

Novruz Məmmədov