Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid...

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələri ilə görüşündən bəhs edib, dövlət başçısının yeni Fərmanı ilə şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesinin əhatə dairəsinin genişləndirildiyini vurğulayıb. Nazir şəhid ailələrinin və müharibə əlillərinin rifah halının yaxşılaşdırılması, onların mənzillə təminatı sahəsində həyata keçirilən tədbirlər, pensiya və sosial yardım sistemlərində aparılan islahatlar, “DOST” mərkəzlərinin yaradılması və əsasən həssas qrupları əhatə edən özünüməşğulluq proqramının icrası istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.