Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-nin “Günün nəbzi” verilişində...

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-nin “Günün nəbzi” verilişində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 28-də imzaladığı yeni Fərmanla şəhid ailələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi prosesinin əhatə dairəsinin genişləndiyini qeyd edib. Nazir həmin Fərmandan irəli gələn vəzifələr, ümumən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.