Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Maddə 1. Büdcənin ümumi göstəriciləri

 

Müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000,0 manat, xərcləri 3 928 104 000,0 manat məbləğində təsdiq edilir.

 

Maddə 2. Gəlirlər

 

Müəyyən edilsin ki, 2019-cu ildə müvafiq icra hakimiyyəti orqanının gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

 

Gəlirlərin mənbələri

Məbləğ

(manatla)

1.

Məcburi dövlət sosial sığorta haqları, cəmi

o cümlədən:

2 419 371 590,0

1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

811 687 000,0

1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

110 684 590,0

1.3.

qeyri-büdcə sektoru üzrə

o cümlədən:

1 497 000 000,0

 

sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə

65 000 000,0

2.

Sair gəlirlər, cəmi

o cümlədən:

6 000 000,0

 

sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar

2 000 000,0

3.

müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait

1 502 732 410,0

 

Maddə 3. Xərclər

 

Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 

 

Xərclərin istiqamətləri

Məbləğ

(manatla)

1.

Əhaliyə ödənişlər üzrə xərclər

3 834 944 000,0

1.1.

əmək pensiyalarının ödənilməsi xərcləri

3 743 000 000,0

1.2.

məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri

91 944 000,0

1.2.1.

əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə

24 628 000,0

1.2.2.

hamiləliyə və doğuşa görə

29 716 000,0

1.2.3.

uşağın anadan olmasına görə

7 200 000,0

1.2.4.

3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar

13 400 000,0

1.2.5.

dəfn üçün

17 000 000,0

2.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər

20 000 000,0

2.1.

sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına

15 530 000,0

2.2.

sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə

340 000,0

2.3.

sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına

210 000,0

2.4.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi)

2 600 000,0

2.5.

Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına

1 320 000,0

3.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri

22 500 000,0

4.

Müvafiq icra hakimiyyəti orqanının aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

49 000 000,0

5.

Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri

60 000,0

5.1.

Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

30 000,0

5.2.

Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri

30 000,0

6.

Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış “İnkişaf üçün Kredit Sazişi”nə əsasən “Pensiya və sosial təminat” layihəsi üzrə kreditin qaytarılması xərcləri

1 600 000,0

 

Maddə 4. Qalıqlardan istifadə

 

Müvafiq icra hakimiyyəti orqanının aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

 

Maddə 5. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi

 

Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına tam məbləğdə daxil olmadıqda, müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.

 

Maddə 6. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 noyabr 2018-ci il

№ 1350-VQ