Əmək siyasəti şöbəsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Aparatının struktur bölməsi olan Əmək siyasəti şöbəsi (bundan sonra - şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində respublikada əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində Nazirliyin  hüquq və vəzifələrinə aid edilən məsələlərlə bağlı fəaliyyəti təmin edir. Şöbə əmək münasibətləri, əməyin ödənilməsi və əməyin mühafizəsi sahəsində normayaratma təşəbbüsü ilə çıxış edir, fəaliyyət istiqamətinə uyğun olaraq normativ hüquqi aktların layihələrinin hazırlanmasında, onların aidiyyəti dövlət orqanları ilə razılaşdırılmasında, eləcə də Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında iştirak edir, digər dövlət orqanları tərəfindən təklif olunan layihələrə fəaliyyət istiqamətinə uyğun olaraq rəy verir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çixdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və digər qanunvericilik aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra-nazir) əmr və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.