Font ölçüsü


Arxa fon rəngi


Şəkilləri gizlət


Mətnlər arası məsafə




Sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 avqust 2002-ci il tarixli 128 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələri tərəfindən işləməyən əlillərə, Böyük Vətən müharibəsi əlilləri və iştirakçılarına, şəhid ailələrinə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində, tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara növbəlilik qaydasında sanatoriya-kurort putyovkaları (yollayışları) verilir. İmtiyazlı şəxslər sanatoriya-kurort putyovkaları (yollayışları) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya rayon (şəhər) Dövlət Sosial Müdafiəsi Fondlarına aşağıdaki qeyd olunan sənədləri təqdim etməlidirlər.

- ərizə;
- işləmədikləri barədə arayış;
- əlil və ya şəhid ailəsi olduğunu göstərən vəsiqələrin surəti və ya imtiyazlı şəxs olduğunu sübut edən müvafiq sənəd; 
- həkimdən sanator-kurort arayışı; 
- şəxsiyyət vəsiqəsinin surəti;

Sanator-kurort putyofkasından istifadə edən şəxs müalicəsini qurtardiqdan sonra istifadə etdiyi putyovkanin (yollayışın) «geriyə qaytarılan talon» hissəsini putyovkani verən müvafiq Dövlət Sosial Müdafiəsi Fondunun rayon (şəhər) şöbələrinə (Nazirliyə) təqdim etməlidir.