Əlilliyin müəyyən edilməsi

Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

Əlillik səbəbləri TSEK tərəfindən aşağıdakı hallarla əlaqədar müəyyənləşdirilməsi aparılır:

  • Ümumi xəstəlik
  • əmək zədəsi
  • peşə xəstəliyi
  • Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar
  • Çernobıl AES-də hərbi xidmətlə əlaqədar
  • 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar
  • hərbi xidmət dövrü ilə əlaqədar
  • hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar
  • hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar
  • keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar

Əlillik dərəcələrinin və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” əsasında müəyyən edilir.