Font ölçüsü


Arxa fon rəngi


Şəkilləri gizlət


Mətnlər arası məsafə




Çağrı Mərkəzi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 
142 - “Çağrı mərkəzi” haqqında

 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi” nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat,   əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron   xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə   xidmət edir.

 142 - “Çağrı mərkəzi”  canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir.

 Son bir ildə nazirliyin 142-“Çağrı mərkəzi”nin fəaliyyəti müasir tələblərə uyğun qurulub. Bu sahəyə məsul əməkdaşların sayı artırılmaqla, müraciətlərin qəbulu,   avtomatik qeydiyyatı və aidiyyəti üzrə yönləndirilərək operativ cavablandırılması sisteminin texniki infrastrukturunun təkmilləşdirilməsi üçün müvafiq işlər aparılıb.

142 nömrəsinə zəng edərək:
sosial müdafiə ilə bağlı,
əlilliyin müəyyən edilməsi və reabilitasiya ilə bağlı,
məşğulluqla bağlı,
əmək qanunvericiliyi ilə bağlı,
elektron xidmətlərlə bağlı,
informasiya sistemindən məlumatın əldə edilməsi və avtomatlaşdırılmış pensiya təyinatı ilə bağlı nazirliyin məsul əməkdaşına sualları ünvanlamaq mümkündür.

Daxil olan hər bir müraciətin edildiyi telefon nömrəsi, müraciətin cavablandırılması prosesi avtomatik qeydə alınır. Bununla da müvafiq hallarda bu və ya digər şəxsin müraciətinin qanunvericiliyin tələblərinə uyğun səviyyədə cavablandırılmasının bir daha nəzərdən keçirilməsinə, habelə lazımi hallarda əks əlaqə yaradılmasına imkan yaranır. Zəng daxil olduğu və konkret məsələ ilə bağlı müvafiq rəqəm yığıldığı, lakin müraciət edilmədiyi hallarda da əks əlaqə yaradılaraq hər hansı müraciətin olub-olmadığı araşdırılır.

“Çağrı mərkəzi”nin proqram təminatı ayrı-ayrı qurumların informasiya ehtiyatlarına inteqrasiya olunub. Bununla da hər hansı şəxs bu və ya digər məsələ ilə əlaqədar müraciətində təqdim etdiyi fərdi məlumatların düzgünlüyünün yoxlanılması və onun qaldırdığı məsələnin ətraflı araşdırılması üçün aidiyyəti qurumların informasiya ehtiyatlarındakı məlumatlardan istifadə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən 142-“Çağrı mərkəzi”ndə vətəndaş müraciətlərinin cavablandırılması işinin keyfiyyətinə xüsusi monitorlarda quraşdırılmış proqram təminatı vasitəsilə mütəmadi nəzarət olunur.