Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Dünya Bankının maliyyə dəstəyi ilə bu layihəni həyata keçirəcəkdir. Layihənin məqsədi Dövlət özünüməşğulluq Proqramına dəstək olaraq Azərbaycanda qeydiyyata alınmış işaxtaran və işsiz şəxslər arasında əmək bazarındakı nəticələrin yaxşılaşdırılmasıdır. Layihə aşağıdakı komponentlərdən ibarətdir:


Komponent 1: Özünüməşğulluq Proqramının (ÖMP) əhatəsini və effektivliyini artırmaq

  • Alt komponent 1.1: Proqramın miqyasını və dəstək dairəsini genişləndirmək;
  • Alt komponent 1.2: ÖMP benefisiarları üçün əlavə təlimlər və biznesə dəstək xidmətləri təqdim etmək;
  • Alt komponent 1.3: ÖMP-in idarəetmə və koordinasiya mexanizminin təkmilləşdirmək;

Komponent 2: Məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsi

  • Alt komponent 2.1: Əmək bazarının qiymətləndirilməsi və PTM strategiyasının hazırlanması;
  • Alt komponent 2.2: İş axtaranlar üçün məlumatlandırma, profilləşdirmə, bacarıqların qiymətləndirilməsi və işlərin idarə edilməsi;

Komponent 3: Layihə idarəetməsi, monitorinq və qiymətləndirmə

  • Alt komponent 3.1: Layihənin idarə olunması;
  • Alt komponent 3.2: Monitorinq və Qiymətləndirmə;

Layihənin ekoloji və sosial aspektləri Dünya Bankının Ətraf Mühit və Sosial Çərçivəsi (ƏMSÇ) və milli qanunvericiliyin müddəalarına uyğun olaraq nəzərdən keçirilir. Ətraf Mühit və Sosial Çərçivəyə ( ƏMSÇ) və Azərbaycanın ekoloji qanunvericiliyinin tələblərinə uyğun olaraq ƏƏSMN tərəfindən aşağıdakı sənədlər hazırlanmışdır: