Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 382 nömrəli Qərarı


  

Azərbaycan Respublikasının Nazirlər Kabineti

№ 382                                                               

                                                                                        QƏRAR

Bakı şəhəri, 11 sentyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarı (Azərbaycan Respublikasının posts Toplusu, 2012, № 3, maddə 262; 2014, № 6, maddə 743; 2015,
№ 8, maddə 973; 2016, № 7, maddə 1363) ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “63 Sosiologiya” bölməsinə “6313.01 Sosial struktur, sosial institutlar və proseslər” ixtisasından sonra “6314.01 Sosial iş” ixtisası əlavə edilsin.

 

Azərbaycan Respublikasının
Baş naziri Novruz Məmmədov