Avtomobillə təminat

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.

Həmin kateqoriyadan olan vətəndaşlar minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi üçün aşağıda qeyd olunan sənədləri yaşadığı ərazi üzrə xidmət göstərən Tibbi sosial- ekspert komissiyasına təqdim etməlidirlər:

pulsuz avtomaşın almağa tibbi göstərişin müəyyən edilməsi üçün rayon (şəhər) poliklinikasından 88 nömrəli tibbi forma;

şəxsiyyət vəsiqəsinin surəti;

əlillik səbəbi, dərəcəsi barədə TSEK arayışının Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsi tərəfindən təsdiq edilmiş surəti.

Əlil səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla birlikdə yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər. Bunun üçün o, aşağıda göstərilən sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir:

avtomaşının texniki pasportunun surəti;

şəxsiyyət vəsiqəsinin surəti;

yaşayış yerindən arayış;

ərizə.

Əlil vətəndaşa verilmiş avtomaşınının digər şəxs tərəfindən idarə edilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

Əlil vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);

Digər şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

Sürücülük vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

Hər ikisinin yaşayış yerindən arayış.

Əlil vəfat etdikdə dövlət tərəfindən ona verilmiş avtomaşın ailə üzvlərindən birinin adına keçirilməlidir. Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:

Əgər vəfat etmiş əlil vətəndaşın həyat yoldaşı varsa:

Pulsuz avtomaşın almış əlilin ölüm şəhadətnaməsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);

Nigah haqqında şəhadətnamənin surəti (Notarial qaydada təsdiq olunmuş);

Vəfat etmiş əlil vətəndaşın həyat yoldaşının ərizəsi;

Vəfat etmiş əlil vətəndaşın həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş).

Əgər vəfat etmiş əlil vətəndaşın həyat yoldaşı yoxdursa:

Pulsuz avtomaşın almış əlilin ölüm şəhadətnaməsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);

Varislik haqqında arayış (Notarial qaydada təsdiq olunmuş);

Maşın veriləcək varisin ərizəsi;

Maşın veriləcək varisin şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);

Digər varislərin ərizələri, şəxsiyyət vəsiqələrinin surəti (Notarial qaydada təsdiq olunmuş).
 

Dövlət hesabına minik avtomobili almaq üçün növbədə dayanmış Dağlıq Qarabağ müharibəsi əlillərinin və 20 Yanvar əlillərinin siyahısı

Dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanmış Böyük Vətən Müharibəsi əlillərinin və onlara bərabər tutulan (döyüş əməliyyatlarında iştirak etmədən hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəstənmə, travma və xəsarət nəticəsində əlil olan) şəxslərin adlı siyahısı 

1998-2018-cı illər ərzində Nazirlikdən Dövlət hesabına minik avtomobili alan imtiyazlı şəxslərin siyahısı