Azad Tağı oğlu Tağı-zadə

03 mart 1953-cü ildə Bakı şəhərində anadan olub;

1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə (orta ball 4,9) bitirib.

1978 ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinin aspiranturasını bitirib.

1979-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin nəzdindəki 1N-li Elmi şurada (Şuranın sədri akademik A.N.Kolmoqorov) Riyazi analiz (şifrə 01.01.01.) üzrə "Некоторые вопросы энтропийной теории групповых действий" mövzusunda, professor A.M. Styopinin elmi rəhbərliyi altında  namizədlik dissertasiyasını (Ph.D) müdafiə edib.

1979-2008-ci illərdə Baki Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin "Funksiyalar nəzəriyyəsi və funksional analiz" kafedrasında müəllim,  baş müəllim, dosent vəzifələrində çalışıb.

1985-ci ildə Xarici Dillər Universitetinin ingilis ədəbiyyatı fakültəsini fərqlənmə ilə bitirib.

1994-1998-ci illərdə TÜBİTAK-ın dəvəti ilə Türkiyənin bir sıra universitetlərində elmi kadrların (doktor və post-doktorların) hazırlanmasına rəhbərlik edib.

Aktuar riyaziyyatla, demoqrafiya və sosial ekonomik proseslərin proqnozlaşdırılması ilə bağlı fərqli kurslar və treninqləri bitirib.

1998-2000-ci illərdə Avropa İttifaqının TACİS proqramında təlimlər üzrə ekspert kimi çalışıb.

 2002-ci ildən etibarən Əmək və Əhalinin Sosial  Müdafiyəsi Nazirliyində “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri vəzifəsində işləmişdir, hazırda "Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar" şobəsinin müdiri vəzifəsində işləyir;

2002-2006-cı illərdə Avropa Şurasının Sosial Xartiyaya nəzarət üzrə Ekspertlər Komitəsinin üzvü işləyib.

2003-cü ildə BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib.

2008-2015-ci illərdə BMT-nin İnsan Hüquqları üzrə Əməkçi Miqrantlar  Komitəsinin Vitse prezidenti seçilib.

2018-ci ildə yenidən BMT-nin Əməkçi Miqrantlar Komitəsinin üzvü seçilib.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) himayəçilik şurasının üzvüdür.

1999-cu ildə Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Muasir Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

2010-cu ildən Türk Dilli Dövlətlərin Riyaziyyatçıları Cəmiyyətinin (TDRC) idarə heyətinin üzvüdür;

100-dən artıq elmi məqalə və dərsliklərin  müəllifidir;

İngilis, rus və türk dillərini bilir;

Ailəlidir, 2 övladı var.