Bu il Nazirliyin fəaliyyət sahələri üzrə 240 min şəxsə e-arayış verilib

Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 240 min şəxsə elektron qaydada arayış verilib.

Vətəndaşlar hər hansı quruma müraciət etmədən, həmin arayışları Nazirliyin e-arayış xidmətlərindən istifadə edərək əldə ediblər.

Nazirliyin əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində ötən il 13 e-arayış xidməti istifadəyə verilməklə,  qurumun  e-arayış xidmətlərinin sayı 15-ə çatıb. Həmin e-arayış xidmətləri iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları e-qaydada əldə edə bilməyə imkan yaradıb.

Bu il Nazirlik  tərəfindən daha 15 növdə e-arayış xidmətinin yaradılması, e-arayış xidmətlərinin sayının 30-a çatdırılması işləri aparılır.