Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamını Az TV-də canlı yayımda şərh edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial müavinətlərin və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan bu Sərəncamın 577 minə yaxın insanı, o cümlədən 256 minədək əlilliyi olan şəxsi əhatə etdiyini bildirib.